Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, parlament sədrinin müavini Ruben Rubinyan Antalyada keçiriləcək Diplomatik Foruma qatılacaq iştirakçılar siyahısına daxil ediliblər.
Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Türkiyədə hər il keçirilən forum bu il 11–13 aprel tarixlərində baş tutacaq.
Lakin nə Xarici İşlər Nazirliyi, nə də xüsusi nümayəndə hələlik tədbirdə iştirakını təsdiqləməyib.
Xatırladaq ki, ötənilki forumda həm Mirzoyan, həm də Rubinyan iştirak etmişdi.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ