İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Superliqa təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub. İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.

Qeyd edək ki, son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR