Onlayn ictimai-siyasi qəzet
“Bir toy müğənnisinin videosu çıxdı qabağıma. Əslində bu sözlərə təəccüblənmədim, amma musiqimizin və məktəb keçib, dərs deyən sənətkarlarımızın adına elə içi özüm daxil çox üzüldüm. Necə yəni toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz?”
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin instaqram səhifəsində paylaşıb.
Əminə həmkarı Manaf Ağayevin “Toyxana görməyən insan sənətkar ola bilməz” sözlərini sərt şəkildə tənqid edib:
“Toyxanada sən ancaq ayaq üçün oxuyursan, sonrada şabaş yığıb əlində video çəkib paylaşırsan. Biz belə ifaçıya sənətkar deyək? Biz isə ayaq üçün yox, baş üçün ifa edirik. Ruha və qəlbə xidmət edən musiqini təqdim edirik. Bunları bir susduran olacaq ya yox? Bəsdirin də ayıbdı... Toya hamımız gedirik, qazanc yerimizdi, amma toy məktəb deyil. Özünüzü öz musiqinizin düşməni kəsilmısız? Bunlara dəstək duran millət, əsil sənətkarların elə sizin kimi zövqsüz dinləyicilərə görə qazancı azdı! Ölənə qədər sizinlə bu muharibəni aparacağam. Şübhəsi olan mikrafonu götürsün gəlsin”.
Könül
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ