Onlayn ictimai-siyasi qəzet
İnsanlar haqqımda deyirdilər ki, “ev yıxanın evi olmaz”, “sən axı bilirdin ki, belə olacaq” və sairə... İnsanların hamısına başa sala bilmərsən bunu. Bir yerdən sonra anladım ki, heç kimə heç nə başa salmaq lazım deyil. Buna ehtiyac da yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Gün ortası” verilişində deyib.
Sənətçi bildirib ki, gəlinlik geyinməsə də, özünü bədbəxt qadın hesab etmir:
“Evlilikdir, evlilik də yaşadım. Xoşbəxt olmaq, həyat yoldaşı da gördüm. Qarşımda həyat yoldaşı necə olur, onu da gördüm. Yəni bunları yaşadım. Mənim üçün şərt deyil ki, ağ libas, gəlinlik geyinim və bilim ki, oraya kölə, bədbəxt olmağa gedirəm”.
Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı bir qız övladı var.
Könül,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ