Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff dəvət alacağı təqdirdə İran tərəfi ilə görüşmək üçün Tehrana gedə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Tramp administrasiyasının məmurlarına istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Uitkoff İranı birbaşa danışıqlara çağıran mesajlar göndərib.
Məmurun sözlərinə görə, əgər Omanada planlaşdırılan məsləhətləşmələr birbaşa olmayacaqsa, ABŞ prezidentinin xüsusi nümayəndəsi orada iştirak etməyə bilər.
O qeyd edib ki, hər iki tərəf arasında yaranmış dərin etimadsızlığı aşmaq üçün “tam müzakirə” və “fikirlər mübadiləsi” lazımdır. Eyni zamanda, iki Amerika rəsmisi Uitkoffun dəvət olunarsa, Tehrana gedəcəyini deyir.
Martın 7-də Tramp İranın ali lideri Əli Xameneiyə nüvə proqramı ilə bağlı məktub göndərdiyini açıqlayıb. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Trampın məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib.
Daha əvvəl məlum olub ki, tərəflər aprel ayının 12-də Omanada ilk məsləhətləşməni keçirməyi razılaşıblar. Əsas danışıqlarçılar olaraq Əraqçi və Uitkoff çıxış edəcəklər.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ