İnsanlara hürriyət, millətlərə istiqlal!

Aprel bitənə qədər bu bürclərin həyatı dəyişəcək

Aprel ayı bitənə qədər bu bürclərin həyatı köklü şəkildə dəyişəcək.

Milli.Az xəbər verir ki, bu bürclərin sırasında qoç, buğa və tərəzi var. Astroloqların fikrincə 2025-ci ilin aprel ayı sona çatmamış qoç, buğa və tərəzi bürclərinin həyatında tamamilə yeni dövr başlayacaq. Belə ki, həm şəxsi münasibətlərdə, həm də karyera baxımından dəyişiklik gözlənilir.

Aprel qoç burcu üçün şəxsi yenilənmə, cəsarətli qərarlar və liderlik dövrüdür. Qoç artıq keçmişi arxada qoymağa hazırdır. Bu dövrdə özünə inamı artacaq, doğru qərarlar verməkdə çətinlik çəkməyəcək və həyatında müsbət dəyişikliklər baş verəcək.

Buğa bürcü üçün 19 apreldən sonra Günəşin onların bürcünə keçməsi ilə həyat ritmi tam fərqli axarda davam edəcək. Buğalar doğum günü mövsümünə yaxınlaşdıqca öz istəklərinə önəm verməyə başlayacaq. Ayın sonunda isə həyatlarının sükanını əllərinə alacaqlar. Uğurla irəliləyən addımların nəticəsi olaraq iş və maliyyə sahəsində əhəmiyyətli uğurlar əldə edəcəklər.

Tərəzi bürcü isə uzun müddət davam edən çətinlikləri geridə qoyur. Onları idarə edən Venera planeti aprel ortasında retro hərəkətini dayandırır. Bu da münasibətlərdə, maliyyə məsələlərində və şəxsi sərhədlərdə balansı bərpa edir. Tərəzilər artıq nə istədiklərini daha yaxşı anlayır, daha qətiyyətli və ağıllı qərarlar verir, həm karyeralarında, həm şəxsi həyatlarında güclənirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR