İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Rusiya bu həftə atəşkəs təklifinə cavab verəcək

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən Ukraynada atəşkəs təklifinə cavabın bu həftə veriləcəyini bildirib.

“Biz bu həftə onlardan cavab alacağıq. Əslində çox tezliklə. Görək nə olacaq. Amma biz bunun bitməsini istəyirik. Ölüm və qətllərin dayanmasını istəyirik”, – deyə Tramp Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə keçirdiyi brifinqdə qeyd edib.

Tramp əlavə edib ki, ABŞ müharibənin dayandırılması üçün ciddi səylər göstərir: “Görək nə etmək olar. Mən düşünürəm ki, biz artıq sona yaxınlaşmışıq, amma bunu sizə tezliklə bildirəcəyik”.

İtaliya Baş naziri Corca Meloni də çıxışında Ukrayna məsələsinə toxunaraq deyib: “Biz birlikdə Ukraynanın azadlığını müdafiə edirik. Biz ədalətli və davamlı sülh qura bilərik”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR