Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibəti barədə açıqlama verib. O, Zelenskini müharibənin başlamasına görə məsul tutmadığını, lakin onun böyük pərəstişkarı olmadığını deyib.
Bu sözləri Tramp Ağ Evdə İtaliya Baş naziri Corca Meloni ilə keçirdiyi mətbuat konfransında səsləndirib. Mətbuat konfransı zamanı Meloniyə Trampın Zelenski haqqında əvvəlki fikirləri barədə sual verilib. Baş nazir suala italyanca cavab verdikdən sonra Tramp zarafatla “Bu çox gözəl idi. O nə dedi?” deyə bildirib. Tərcümə prosesində zalda müəyyən gərginlik hiss olunub. Meloni mövzunu dəyişmək istəyərək İtaliyanın müdafiə xərclərini artıracağını vurğulasa da, Tramp Ukrayna məsələsinə qayıdıb.
“Mən Zelenskini məsul tutmuram, amma bu müharibənin başlamasından məmnun deyiləm. Ona görə də ondan narazıyam. Ümumiyyətlə, bu prosesdə iştirak edənlərin heç birindən razı deyiləm”, – deyə Tramp bildirib.
O həmçinin müharibənin fəlakətli nəticələrindən danışıb və bir daha vurğulayıb ki, əgər özü prezident olsaydı, bu müharibə başlamazdı: “Bu barədə prezident Putinlə çox danışmışam. Ukrayna onun üçün çox önəmli idi, amma mən prezident olsaydım, o, heç vaxt belə bir addım atmazdı. İndi isə onu dayandırmağa çalışıram”, – deyə Tramp əlavə edib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ