İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski sensasion açıqlama verdi: Hazırda Türkiyədə “Qara dəniz koalisiyası” toplanıb!

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün sensasion bəyanatla çıxış edib.

Onun sözlərinə görə, hazırda Türkiyədə, Böyük Britaniya, Fransa, Türkiyə və Ukraynanın hərbi və siyasi nümayəndələrinin iştirakı ilə mühüm və məxfi xarakterli görüş keçirilir. Bu görüş, Qara dənizdə artan gərginlik fonunda “istəkli ölkələr koalisiyası” çərçivəsində baş tutur.

“Bu, Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün birbaşa hərbi planlamaların müzakirə olunduğu xüsusi bir toplantıdır. Koalisiya formatında addımlar atmaq üçün bu ölkələr bir araya gəlib. Bu, sadəcə diplomatik danışıq deyil, konkret hərbi həllərin masaya yatırıldığı görüşdür,” – deyə Zelenski NATO baş katibi Mark Ryutte ilə birlikdə Odessada keçirdiyi brifinqdə bildirib.

Toplantıda nələrin müzakirə olunduğu barədə rəsmi məlumat məhduddur. Lakin diplomatik mənbələrə əsasən, görüşdə Qara dənizdə yeni patrul mexanizmlərinin tətbiqi, pilotsuz dəniz vasitələrinin istifadəsi və Rusiya təhdidlərinə qarşı “asimmetrik cavab variantları” gündəmdədir.

Bəzi iddialara görə, Ukrayna nümayəndə heyəti Türkiyəyə Qara dənizdə ortaq baza istifadəsi ilə bağlı təkliflə gəlib. Eyni zamanda, Fransa və Britaniyanın bölgəyə əlavə hərbi müşahidə gəmiləri göndərməsi məsələsi də danışıqların əsas istiqamətlərindən biri kimi dəyərləndirilir.

Hazırda Qara dənizdə təhlükəsizliyin təmin olunması yalnız regional deyil, qlobal miqyaslı məsələ kimi gündəmdədir. Türkiyənin bu danışıqlara ev sahibliyi etməsi isə Ankaranın regionda yenidən aparıcı diplomatik aktora çevrildiyini göstərir.

Zelenskinin bu açıqlaması fonunda gözlər indi Türkiyədəki kritik görüşdən gələcək qərarlara dikilib. Qara dənizin taleyi bu koalisiyanın qərarlarından asılı olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR