Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə yeraltı sərvətlərin istismarı üzrə sazişin gələn həftə imzalanacağını bildirib.
“Minerallar üzrə bir razılaşmamız var, inanıram ki, bu, gələn cümə axşamı imzalanacaq. Çox tezliklə”, – deyə Tramp Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə keçirdiyi brifinqdə qeyd edib.
Sazişin detalları açıqlanmasa da, bu addımın ABŞ ilə Ukrayna arasında iqtisadi tərəfdaşlığı gücləndirəcəyi gözlənilir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ