Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransa Prezidenti Emmanuel Makronla bir gündə iki dəfə telefon danışığı apardığını açıqlayıb.
Danışıqların təfərrüatları rəsmi şəkildə açıqlanmasa da, Zelenskinin paylaşımı beynəlxalq mediada geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında etdiyi paylaşımda Makronun liderliyini yüksək qiymətləndirib və Parisdə keçirilən mühüm görüşə toxunub:
“Emmanuela liderliyinə və Parisdə bu gün baş tutan görüşə görə minnətdaram. Ukrayna, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ nümayəndələri orada bir araya gəliblər”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Bu görüşün detalları ictimaiyyətə açıqlanmasa da, beynəlxalq ekspertlər bu beş ölkənin yüksək səviyyəli nümayəndələrinin bir araya gəlməsini mühüm geosiyasi hadisə kimi qiymətləndirirlər. Qərb bloku Ukraynaya yeni silah tədarükü, təhlükəsizlik zəmanətləri və regional sabitliyin təmin olunması ilə bağlı yeni sənədləri müzakirə edir.
Müşahidəçilərin fikrincə, Zelenskinin gün ərzində iki dəfə Makronla danışması, həmçinin bu danışıqlardan dərhal sonra Parisdə keçirilən beştərəfli görüş – Rusiyaya qarşı koordinasiyalı yeni planların hazırlandığını göstərir. Xüsusilə ABŞ və Böyük Britaniyanın prosesə birbaşa qoşulması qarşıdan gələn həftələrdə Ukrayna ətrafında vəziyyətin kəskin dəyişəcəyinə işarədir.
Xatırladaq ki, Fransa Prezidenti Makron son zamanlar Ukraynaya birbaşa hərbi dəstək vermək ehtimalını istisna etməmiş və bu fikri Avropa liderləri arasında müzakirəyə çıxarmışdı. Bu baxımdan Parisdə baş tutan bugünkü görüş Avropa təhlükəsizliyinin yeni strategiyası kimi qiymətləndirilir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ