İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli danışıqlar ORTAYA ÇIXDI:  Vaşinqton Moskvadan nə tələb edib? - TƏFƏRRÜAT

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubbio arasında telefon danışığı baş tutub. Danışıqla bağlı ilk rəsmi açıqlama Rusiya Xarici İşlər Nazirliyindən gəlib.

Musavat.com xəbər verir ki, telefon söhbəti zamanı Rubbio ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ukrayna, Fransa və digər Avropa ölkələrinin rəsmiləri ilə apardığı təmaslar barədə Lavrovu məlumatlandırıb.

Rusiya XİN bildirib ki, bu təmaslar Vaşinqtonla Moskva arasında davam edən məsləhətləşmələrin tərkib hissəsidir. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinlə Stiven Uitkoff arasında Sankt-Peterburqda baş tutan son görüşə istinad olunub.

Nazir Sergey Lavrov isə açıqlamasında Moskvanın ABŞ-la birgə işə davam etməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmaqdır:

"Moskva amerikalı həmkarları ilə birgə işləməyə hazırdır. Əsas hədəf – Ukrayna böhranının kökündə duran səbəblərin etibarlı şəkildə aradan qaldırılmasıdır".

Ekspertlər bu danışığın ABŞ və Rusiya arasında münasibətlərdə ehtiyatlı, amma yeni bir fazanın başlaya biləcəyinə işarə etdiyini bildirirlər. Siyasi müşahidəçilərə görə, bu təmaslar Qərb və Rusiya arasında gizli razılaşmaların və kompromis axtarışlarının intensivləşdiyini göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR