Onlayn ictimai-siyasi qəzet
ABŞ maliyyə naziri Skott Bessent prezident Donald Trampı ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin işdən çıxarmaq fikrindən daşındırmağa çalışır.
Musavat.com xəbər verir ki, məlumatı Politico qəzeti öz mənbələrinə istinadən yayıb.
Nəşrin iki həmsöhbətinin sözlərinə görə, Bessent bunu FED rəhbərinin vəzifəsindən kənarlaşdırılmasının birjada son dərəcə mənfi dinamikaya səbəb ola biləcəyi ilə əsaslandırır: "Pauellin yerini dəyişmək üçün edilən hər hansı bir cəhd, Trampın ilk preidentlik dövründən planlaşdırdığı hüquqi mübahisəli bir hərəkət kimi qiymətləndiriləcək ki, bu da son vaxtlar rüsumlara görə təlatümlənən bazarlarda qeyri-sabitliyi artıracaq”.
"İnvestorların Mərkəzi Bankın qısamüddətli siyasi hadisələrə deyil, iqtisadiyyatın dinamikasına əsaslanaraq qərar verəcəyinə inamı ABŞ-ın qlobal maliyyə nüfuzunu dəstəkləyən əsas amildir",- deyə Politico vurğulayır.
Aprelin 16-dea FED rəhbəri Çikaqo iqtisadi klubunda çıxışı zamanı Vaşinqtonun başlatdığı ticarət müharibələrinin ABŞ-da staqflyasiyaya, yəni həm yüksək inflyasiyaya, həm də iqtisadi artımın yavaşlamasına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, bunlar FED-in eyni vaxtda mübarizə apara bilməyəcəyi iki ciddi problemdir. Tramp isə son bir ayda dəfələrlə FED-i uçot dərəcəsini azaltmağa çağırıb. Onun fikrincə, FED-in tətbiq etdiyi yüksək faiz dərəcələri iqtisadi artımın qarşısını alır. Lakin Pauell bunun inflyasiyanı sürətləndirəcəyi fikrindədir və Ağ Evin rüsum siyasəti ilə bağlı aydınlığın yaranmasına qədər gözləməyi üstün tutur.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ