İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə məsləhətləşmələrdən sonra beynəlxalq təşkilatın İrana münasibətdə müstəqil yanaşma sərgiləyəcəyinə ümidvar olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə A.Əraqçi sosial şəbəkələrdə yazıb.

"Biz agentliyin siyasətdən kənar olmasını və texniki məsələlərə diqqət yetirməsini nəzərdə tutan missiyanı Qrossiyə etibar etməyə meyilliyik", - o bildirib.

Nazir Qrossi ilə məsləhətləşmələrin faydalı olduğunu qeyd edib.
"Qarşıdakı aylarda agentlik İranın nüvə dosyesi ətrafındakı vəziyyətin sülh yolu ilə nizamlanmasında həlledici rol oynaya bilər", - o vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR