İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya dairəsi hakimiyyəti Trampa qarşı iddia qaldırdı: O, “hərbi işğal”da ittiham olunur

ABŞ-ın paytaxt Kolumbiya dairəsi hakimiyyəti Milli Qvardiya dəstələrini Vaşinqtona yeritdiyinə görə Tramp administrasiyasına qarşı iddia qaldırıb. Musavat.com xəbər verir ki, iddiada Milli Qvardiya qoşunlarının hüquq-mühafizə orqanlarına göndərilməsi “hərbi işğal” adlandırılıb.

Dairə Baş Prokurorluğu bu addımın yerli sakinlər üçün "təkcə lazımsız və arzuolunmaz deyil, həm də təhlükəli və zərərli olduğunu" bildirib. Bölgənin bəyanatında vurğulanır ki, Milli Qvardiya qoşunları "sakinlər qarşısında cavabdeh deyil və qanunun icrası üçün təlim keçmir".

Kolumbiya dairəsindəki federal məhkəməyə verilən iddiada vurğulanır ki, Tramp administrasiyası bu addımı geri götürməli və bu cür hərəkətlərin bir daha təkrarlanmasına imkan verməməlidir.

Avqustun 11-də ABŞ prezidenti cinayətkarlıqla mübarizə üçün Vaşinqtona Milli Qvardiya qoşunlarının yeridildiyini elan edib. Dövlət başçısı həmçinin şəhərin polis qüvvələrini federal nəzarətə keçirib və zərurət yaranarsa, silahlı qüvvələrin təhlükəsizliyi təmin etmək üçün cəlb oluna biləcəyini etiraf edib. Milli Qvardiyanın göndərilməsi elan edildikdən sonra bir həftə ərzində Vaşinqtonda 300-ə yaxın adam həbs edilib. Tramp qanunun və asayişin qorunmasına kömək etmək üçün Milli Qvardiya qoşunlarının Çikaqo da daxil olmaqla digər şəhərlərə də yerləşdirilə biləcəyini bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR