İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsinə qələbə ilə başladı

DÇ-2026-nın seçmə mərhələsində E qrupunun oyunu keçirilib.

Musavat.com xəbər verir ki, Gürcüstan millisi Tiflisdə Türkiyə yığmasını qəbul edib və azarkeşlərin həyəcan dolu izlədiyi görüş 2:3 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

Matçın 3-cü dəqiqəsində “Fənərbağça”nın müdafiəçisi Mert Müldür hesabı açıb. İlk hissənin sonlarında “Benfika”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu fərqi artırıb – 0:2.

İkinci hissədə Gürcüstan yığmasının kapitanı Quram Kaşianın kobud səhvindən sonra türklər sürətli əks-hücuma çıxaraq Aktürkoğlunun dublu ilə üstünlüyünü üç topa çatdırıb – 0:3. 63-cü dəqiqədə Zuriko Davitaşvili hesabı azaltsa da, oyunun taleyini dəyişmək mümkün olmayıb. Əlavə vaxtda Xviça Kvaratsxeliya uzaq məsafədən dəqiq zərbə ilə fərqi minimuma endirib – 2:3. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR