“Moskva-Bakı xətti: Yaxınlaşma, yoxsa gərginlik?” - Rauf Arifoğlu ilə CANLI MÜZAKİRƏ
ARB24 telekanalının canlı efirində aparıcı Jalə Həsənlinin təqdimatında "Nə baş verir?" layihəsi yayımlanır.
Musavat.com xəbər verir ki, proqramın qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur.
Verilişdə yaxın günlərdə Rusiyadan Azərbaycana gözlənilən nümayəndə heyətinin səfəri, iki ölkə arasındakı münasibətlərin indiki vəziyyəti və perspektivləri geniş şəkildə müzakirə olunur. Proqramda həmçinin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın, eləcə də Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun Azərbaycan-Rusiya əlaqələrinə dair son açıqlamaları da təhlil edilir.
Müzakirələrdə tərəflər arasındakı siyasi, iqtisadi və diplomatik münasibətlərin gələcək inkişaf istiqamətləri, regional proseslərdə Rusiya-Azərbaycan əməkdaşlığının rolu və mümkün risklər də gündəmə gətirilir.
ŞƏRHLƏRŞƏRH YAZ