Onlayn ictimai-siyasi qəzet
Çin ABŞ-da istehsal olunan təkrejimli optik liflərə 33,3 faizdən 78,2 faizə qədər antidempinq rüsumları tətbiq edib.
Musavat.com xəbər verr ki, məlumatı Çin Ticarət Nazirliyi yayıb. Nazirliyin İnternet səhifəsində yerləşdirilən məlumata görə, qərar sentyabrın 4-dən qüvvəyə minib. Tarif idxal olunan məhsulların dəyərindən advalor rüsum kimi tutulur və standart gömrük sxemi üzrə hesablanır.
Rüsumlar Corning Incorporated, OFS Fitel, LLC və Draka Communications Americas, Inc. kimi ABŞ şirkətlərinə, eləcə də oxşar məhsulların bütün digər Amerika istehsalçılarına tətbiq olunur.
Çin tərəfi qərarın səbəbi kimi ABŞ-ın müvafiq sənayesi tərəfindən ölkənin gömrük nəzarəti qaydalarına əməl edilməməsini göstərib. Nazirliyin iddiasına görə, Çin tərəfinin apardığı antidempinq araşdırması zamanı bütün səylər “açıq və şəffaf” olub.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ