İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin mantı bükdü - 2018-ci ilin xatirəsi... - VİDEO

Çin rəsmisi Putinə 2018-ci il jestini xatırladıb.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Hunçjun Rusiya prezidenti Vladimir Putinlə görüşdə maraqlı xatirəni yada salıb.

Musavat.com xəbər verir ki, Li Hunçjun Putinin 2018-ci ildə Çinə səfəri zamanı göstərdiyi diqqəti xüsusi vurğulayıb.

O bildirib ki, həmin vaxt Putin Tyanjin şəhərində səfərdə olarkən ənənəvi Çin yeməyi – qolubuli (buğda unundan hazırlanan buxarda bişmiş mantı) hazırlayıb. Çin rəsmisinin sözlərinə görə, bu addım ölkə vətəndaşları arasında böyük rəğbət doğurub:

“2018-ci ildə mən də Tyanjində çalışırdım və həmin tədbirdə iştirak edirdim. Siz o zaman qolubuli yeməyi hazırladınız. Bu, Çin xalqında sizə qarşı dərin hörmət və simpatiya yaratdı. Siz hörmətli və sevilən prezident təsiri bağışladınız”, – deyə Li Hunçjun qeyd edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR