Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp 2016-cı ildə onun seçki kampaniyası ilə Rusiya arasında mümkün sövdələşməyə dair təhqiqatla bağlı FTB sənədlərinin məxfiliyinin açılmasına göstəriş verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Trampın sözlərinə görə, artıq ictimaiyyət bu sənədlərin məzmunu ilə tanış ola biləcək.
“Yəqin ki, narahat olmaq istəmirsiniz, çünki gördüklərinizi bəyənməyəcəksiniz. Amma ayıbdır. Bu ölkədə bu heç vaxt baş verməməlidir. Ancaq indi hər şeyi özünüz görə bilərsiniz. Hər şey məxfilikdən çıxarılıb”, - o bildirib.
“Crossfire Hurricane” kimi tanınan təhqiqat 2016-cı ilin iyulunda başlayıb. Onun məqsədi Tramp komandası ilə Rusiya nümayəndələri arasında prezidentlik kampaniyasının nəticələrinə təsir edə biləcək əlaqələrin olub-olmadığını öyrənmək olub.
2016-cı ilin noyabrında FTB sövdələşmə sübutu tapmadan araşdırmasını tamamlayıb.
Qeyd edək ki, son dönəmlərdə Trampın qəbul etdiyi bir sıra qərarlardan sonra onun “Rusiyaya işlədiyi” barədə söz-söhbətlər intensivləşib və adi dəhlizlərdən Konqres zalına qədər gedib çıxıb.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ