Onlayn ictimai-siyasi qəzet
Kanadanın baş naziri Mark Karni bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Kanadanın suverenliyinə hörmət edir.
Musavat.com xəbər verir ki, Karni iki ölkənin hərtərəfli iqtisadi və təhlükəsizlik tərəfdaşlığı danışıqlarına başlamaq barədə razılığa gəldiyini açıqlayıb.
Trampın Kanadanın suverenliyinə münasibətinə diqqət çəkən nazir qeyd edib:
“Prezident Tramp həm şəxsi, həm də ictimai açıqlamalarında Kanadanın suverenliyinə hörmət göstərdiyini ifadə etdi”.
Karni ABŞ-ın polad, alüminium və Kanada mənşəli avtomobil məhsullarına tətbiq etdiyi gömrük tarifləri ilə bağlı da danışıb:
“Prezident Tramp tariflərin geri götürülməsi ilə bağlı açıqlama vermədi. Bununla belə, gərgin danışıqların əhəmiyyətini bir daha gördük. İki ölkə arasındakı əlaqələr dəyişmə prosesindədir. Kanadanın sürətlə dəyişən qlobal dinamikaya uyğunlaşmasına zəmanət verilməlidir”.
İki ölkə arasında dərin iqtisadi inteqrasiya və hərbi əməkdaşlığa əsaslanan köhnə münasibətlərin sona çatdığını bildirən nazir Kanada iqtisadiyyatının "köklü şəkildə yenidən dizayn edilməsinə" ehtiyac olduğunu qeyd edib.
"Tramp ABŞ iqtisadiyyatında köklü bir transformasiya hədəfləyir. Bəzi sektorların yenidən qurulması qaçılmaz olacaq. Bu proses iqtisadi dalğalanmalara, inflyasiya riskinə və bəlkə də böyümənin yavaşlamasına səbəb ola bilər", - o bildirib.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ