İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiya ilə müharibəyə hazırdırmı? - Türkiyə neytral qalarsa...

Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) hesablamalarına görə, Rusiyanın hazırda 1,1 milyon aktiv hərbçisi var.

Musavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, NATO-ya üzv olan Avropa dövlətləri hərbi güc baxımından Rusiyanı üstələyir. Alyansın məlumatlarına görə, Lissabondan Ankaraya qədər olan NATO ordularında ümumilikdə 2 milyondan çox hərbçi xidmət edir.

- Tank qüvvələri: NATO – 6700+, Rusiya – 2900
- Qırıcı təyyarələr: NATO – 2300, Rusiya – 1400
- Artilleriya gücü: NATO – 15 400+, Rusiya – 6090

Ancaq müharibə baş verərsə, Türkiyə NATO-ya hərbi dəstək verməkdən imtina edə bilər. Ankara Moskva ilə yaxın münasibətlərini nəzərə alaraq neytral mövqe tuta bilər. Bu isə Avropanın hərbi resurslarını ciddi şəkildə azaldacaq:

- NATO-nun canlı qüvvəsinin 25%-i Türkiyəyə məxsusdur.
- Döyüş tanklarının 35%-dən çoxu Türkiyənin payına düşür.
- Artilleriya ehtiyatlarının təxminən 18%-i Türkiyəyə məxsusdur.

Bütün bunlar NATO-nun Avropada hərbi üstünlüyünü sual altına qoya bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR