İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə güc balansı dəyişir - Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

Türkiyə Somaliyə xüsusi təyinatlılar göndərəcək. Razılaşma çərçivəsində hazırda “Aş-Şəbab” qruplaşmasına qarşı mübarizənin mərkəzinə çevrilmiş Orta Şabel bölgəsində birgə hərbi baza yaradılacaq.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bundan əlavə, Somali ordusu tamamilə Türkiyə Silahlı Qüvvələrinə inteqrasiya ediləcək və digər ölkələrlə hərbi təlim üzrə bütün müqavilələr ləğv olunacaq.

Bundan başqa, Türkiyə ilk dəfə olaraq Somaliyə xüsusi təyinatlı qüvvələr göndərməyə hazırlaşır və bu qüvvələr terrorçu qruplaşmaya qarşı əməliyyatlara birbaşa hərbi dəstək göstərəcək. Elit qoşun birləşmələri Türkiyənin qabaqcıl hərbi texnologiyaları ilə təchiz ediləcək ki, bu da NATO üzvü olan Türkiyənin Somali daxilində təhlükəsizliyin təmin olunmasına yönəlmiş ən böyük hərbi iştirakı olacaq.

Əgər bu müdafiə paktı bağlanarsa, Somali və Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşməsinə səbəb olacaq və Ankaranın Afrikada strateji rolunu daha da gücləndirəcək. Somali ordusunun və diplomatiyasının yüksək rütbəli iki nümayəndəsinin bildirdiyinə görə, Somali və Türkiyə Afrikanın Buynuzunda təhlükəsizlik balansını dəyişə biləcək yeni və irimiqyaslı bir müdafiə sazişini müzakirə edirlər.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR