İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ müdafiə naziri ilə bağlı ŞOK İDDİA - Həyat yoldaşını məxfi görüşlərə APARIB

Pentaqonun rəhbəri Pit Heqset həyat yoldaşı Cenniferi gizli məlumatların müzakirə edildiyi görüşlərə aparıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumatda bildirilir ki, keçmiş "Fox News" prodüseri Cennifer Heqset Böyük Britaniya və NATO nümayəndələri ilə keçirilən iki qapalı görüşdə iştirak edib.

Bu görüşlərdə Ukraynaya silah təchizatı və kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması məsələləri müzakirə edilib.

Cennifer Heqsetin Pentaqonla rəsmi əlaqəsi yoxdur və onun gizli məlumatlara girişinin olub-olmaması məlum deyil. Görüş iştirakçılarının bəziləri onun kim olduğunu anlamasalar da, sual verməkdən çəkiniblər.

Pentaqon rəhbəri daha əvvəl bir jurnalistin iştirak etdiyi Siqnal söhbətində Yəməndə husilərə edilən zərbəni müzakirə etdiyi üçün tənqid edilib. Bundan başqa, onun ordu ilə heç bir əlaqəsi olmayan qardaşı milli təhlükəsizlik strukturunda vəzifə alıb və naziri səfərlərdə müşayiət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR