Onlayn ictimai-siyasi qəzet
Ramazan Bayramı müddətində uzun müddət davam edən orucluqdan sonra şirin və ağır yeməklər tövsiyə edilmkr.
Musavat.com xəbər verir ki, türkiyəli diyetoloq Özgenaz Kazan bununla bağı xəbərdarlıq edib.
Onun sözlərinə görə, orucdan sonra ağır qidalar metabolizmaya yük sala bilər. Buna görə də bayram günlərində yüngül və balanslı qidalanmaq çox vacibdir.
Nələrə diqqət edilməlidir?
Bayramda şirin qidalar - xüsusilə paxlava və digər yüksək şəkər və yağ tərkibli yeməklər - həddindən artıq istehlak edilərsə, mədə-bağırsaq problemlərinə və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Bayram süfrəsində yeməyə qaynadılmış yumurta, pendir, tam taxıllı çörək və tərəvəz kimi yüngül qidalarla başlamaq metabolizmanın balansını qorumağa kömək edir.
Metabolizmanı sürətləndirmək üçün bunları edin:
Su istehlakını artırın: Orucluq zamanı azalan maye istehlakını bərpa etmək üçün bol su içmək lazımdır.
Hərəkət edin: Bayramda bol yeməkdən sonra yüngül gəzintilər qan dövranını və həzmi asanlaşdırır.
Şəkəri məhdudlaşdırın: Şirin qidaları az miqdarda istehlak edin və şəkəri alternativlər, məsələn, meyvələrlə əvəz edin.
Bayram süfrələrində nəzarətli qidalanmaq və balansı qorumaq həm sağlamlıq, həm də metabolizmanın normallaşması üçün vacibdir. Ağır yeməklərdən uzaq duraraq və metabolizmanı dəstəkləyən vərdişlərə diqqət yetirərək bayramı sağlam keçirmək mümkündür.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ