Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə mitinq keçirilib.
Musavat.com "Hürriyet"ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl mitinqdə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün imzatoplama kampaniyasına start verəcəklərini elan edib.
Özəl İstanbulda keçirilən mitinqdə çıxışı zamanı bildirib:
"Sabahdan etibarən Əkrəm İmamoğlunun azadlığa buraxılması və erkən seçkilərin keçirilməsi üçün imza toplamağa başlayırıq".
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib, lakin müxalifət növbədənkənar seçkilərin tez bir zamanda keçirilməsinə çalışır.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ