Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibənin 2025-ci ilin son aylarında başa çatacağı qeyd edilib.
Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş əsas proqnozunda bildirilib.
"Risklər hələ də son dərəcə yüksəkdir, lakin əsas ssenariyə görə, müharibənin bu ilin son aylarında başa çatacağı proqnozlaşdırılır", – sənəddə qeyd olunur.
Proqnozda bildirilir ki, müharibənin başa çatması istiqamətində irəliləyiş Ukraynanın iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Eyni zamanda, qeyd edilir ki, müharibənin dayandırılması ilə bağlı danışıqlar hələ çox erkən mərhələdədir və Ukraynaya göstərilən beynəlxalq maliyyə və təhlükəsizlik dəstəyində dəyişikliklər mümkündür.
Həmçinin, BVF 2025-ci il üçün Ukraynanın iqtisadi artım proqnozunu 0,5 faiz bəndi azaldıb.
"2025-ci ildə artımın 2-3% diapazonunun aşağı hissəsində olacağı gözlənilir. Bu da əsasən Poltava şəhərindəki mədənlərin bağlanması nəticəsində polad ixracatının azalması və müharibə nəticəsində qaz infrastrukturuna edilən genişmiqyaslı hücumlar nəticəsində qaz idxalının artması ilə bağlıdır", – BVF proqnozunda qeyd olunub.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ