Onlayn ictimai-siyasi qəzet
İlin ilk Günəş tutulması başa çatıb.
Musavat.com xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumata görə, tutulma hadisəsi saat 12:50:35-də başlayıb, 16:43:25-də sona çatıb.
Tutulma 3 saat 52 dəqiqə 50 saniyə davam edib. Hadisənin maksimumu isə saat 14:48:36-da olub.
Qismən tutulmanı Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanı kimi geniş ərazilərdən izləmək mükmün olsa da, Azərbaycan ərazisindən bu tutulma müşahidə edilməyib.
Şahanə Rəhimli
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ