Onlayn ictimai-siyasi qəzet
“Son günlər Azərbaycanda baş verən zəlzələlərin sayı artıb. Elə vaxt olur ki, bir gündə 80-dən çox təkan baş verir. Onların hamısı zəif hiss olunanlardır”.
Bunu Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu təkanların hansısa bir təhlükəsi yoxdur:
“İnsanlar belə şeydən narahat olmasınlar. Azərbaycanda dağıdıcı gücü 7 və ondan yuxarı bal olan zəlzələ gözlənilmir. Azərbaycanlılar rahat şəkildə əziz bayramlarını qeyd etsinlər”.
Qurban Yetirmişli qeyd edib ki, Asiya ölkələrində baş verən yeraltı təkanların ölkəmizə təsiri yoxdur:
“Oradakı dalğaların gücü Azərbaycanda zəlzələ ocağını oyada bilmir. Myanma və Tailand tamamilə başqa tektonik bölgədə yerləşir. Ona görə də ölkəmiz üçün hansısa bir təhlükəsi yoxdur”.
Qeyd edək ki, ötən gün Tailand və Myanmada güclü zəlzələ baş verib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir. Myanmada isə güclü zəlzələ 1000 nəfərin ölümünə, 2300-dən çox insanın yaralanmasına səbəb olub.
Şahanə Rəhimli
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ