İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 90 yaşına qədər hakimiyyətdə qalmağa hazırlaşır - Sensasiyalı iddia

Prezident Donald Tramp ABŞ Konstitusiyasına düzəlişlərdən birini “boşluq” kimi istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olana qədər vəzifəsində qala bilər.

Musavat.com xəbər verir ki, bu şok iddia ilə Britaniyanın “The Daily Mail” qəzeti çıxış edib.

Qəzet iddia edir ki, Ağ Ev administrasiyası 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Həmin düsəlişə görə eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. Nəşr qeyd edir ki, bununla belə, düzəlişdə eyni şəxsin Amerika administrasiyasının hazırkı rəhbərinin istefaya getməsi və ya ölümü halında üçüncü və ya dördüncü dəfə prezident postunu tuta bilməyəcəyi göstərilmir.

Beləliklə, qəzetin yazdığına görə, prezidentliyə növbəti namizəd hazırkı vitse-prezident J.D.Vens ola bilər, Trampı da vitse-prezident təyin edər. Daha sonra Vens istefa verə və Tramp onun yerinə prezident vəzifəsini tuta bilər.

"Daily Mail"in iddiasına görə, ABŞ Ali Məhkəməsinin bu qərara hüquqi baxımdan etiraz etməsi çətin olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR