İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda itkin düşüb tapılan məktəbli sığınacağa verildi

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı itkin düşən qız tapılaraq ailəsinə verilmişdi.

Musavat.com xəbər verir ki, yeniyetmə aidiyyəti qurumların müvafiq qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib.

13 yaşlı qıza psixoloji dəstək göstərilməsi və reablitasiya keçməsi üçün işlər gedir.

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. Bir gün sonra yeniyetmə Gəncədə tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində yeniyetmənin yeri Gəncə şəhərində müəyyən edilərək ailəsinə təhvil verilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR