Onlayn ictimai-siyasi qəzet
Fransanın paytaxtı Parisdə Ukrayna və “könüllülər koalisiyası” ölkələrinin dövlət başçılarının, eləcə də Avropanın yüksək səviyyəli rəsmilərinin danışıqları başlayıb.
Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun masa ətrafında qonaqları salamlamasından sonra görüş qapalı formatda davam etdirilib.
Cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulması müharibənin başa çatması üçün ssenarilərdən biri hesab olunur. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Əgər real danışsaq, bəli, mümkün ssenarilərdən biri cəbhə xətti boyunca dondurulmadır. Prezident isə bu barədə danışır. Amma hesab edirəm ki, yekun ssenari ilə bağlı qərarı prezident verəcək".
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri səviyyəsində məsləhətləşmələr hələ də davam edir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Züriyə Qarayeva ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ