Onlayn ictimai-siyasi qəzet
Çeçenistanın rəhbəri Ramzan Kadırovun ikinci dəfə ölüm xəbəri yayılıb. Musavat.com xəbər verir ki, bu dəfə xəbəri “Yukos” neftr şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin yayıb.
O, özünün X hesabında Ramzan Kadırovun bu gün saat 12.00 radələrində Moskva Mərkəzi Klinik Xəstəxanasında vəfat etdiyini yazıb: “Deyəsən, Kadırov, nəhayət ki, bir saat öncə Moskva Mərkəzi Klinik Xəstəxanasında canını tapşırdı”.
Nevzlin əlavə heç bir məlumat qeyd etməyib.
Rusiya mənbələri hələlik bu məlumatla bağlı hər hansı açıqlama yaymayıblar.
Xatırladaq ki, 2 gün əvvəl də Kadırovun vəfatına dair xəbər yayılmışdı.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ