Onlayn ictimai-siyasi qəzet
Kanadanın baş naziri Mark Karni aprelin 29-da ABŞ prezidenti Donald Trampla telefonla danışıb və yaxın gələcəkdə Kanada-Amerika münasibətlərini müzakirə etmək üçün şəxsən görüşməyə razılaşıb.
Musavat.com xəbər verir ki, məlumatı Kanada hökuməti başçısının mətbuat xidməti yayıb.
Bildirilir ki, liderlər Kanada və Birləşmiş Ştatların “müstəqil və suveren dövlətlər kimi” birgə işləməsinin vacibliyi barədə və bununla əlaqədar vaxtlarda şəxsən görüşmək barədə razılığa gəliblər. Bu görüşün nə vaxt və harada keçiriləcəyi dəqiqləşdirilməyib.
Bundan əlavə, Kanada tərəfinin verdiyi məlumata görə, Tramp Karnini aprelin 28-də keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi Kanada Liberal Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ