Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ona impiçment elan etmək üçün qətnamə təqdim edən demokrat konqresmen Şri Tanedarı kəskin tənqid edərək, dəli adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Miçiqan ştatının Uorren şəhərində hakimiyyətinin 100 günü münasibətilə keçirilən mitinqdəki çıxışında Tramp Tanedarı həmin ştatın respublikaçı nümayəndəsi Con Ceymslə səhv salıb: "Heç vaxt eşitmədiyim bir oğlan, Con Ceyms. O, konqresmendir?
O, "Xanımlar və cənablar, mən Donald Trampa impiçment elan edəcəm" dedi. Mən nə etdim? Yaxşı, yenə gedək. Məni ittiham etmək istəyirlər. Bu dəlilikdir.
Bu dəli artıq tükənib. Xeyr, onlar - bu insanlar tamamilə çılğınlaşıblar”
Tramp həmçinin deyib ki, demokratlar “tamamilə etibarlarını” və amerikalıların “etimadını itiriblər”.
Qeyd edək ki, Trampın demokrat konqresmenlə öz partiyasından olan şəxsi səhv salması dünya mətbuatının diqqətini cəlb edib. 78 yaşlı prezidentin bu addımı bir neçə il əvvəl baş verən Baydenin unutqanlığının ilk əlamətləri ilə müqayisə olunmağa başlayıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ