İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya ABŞ-dan yeni "Patriot" alır

ABŞ Rumıniyaya 262 milyon dollar dəyərində "MIM-104 Patriot" hava hücumundan müdafiə raket sistemləri verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Amerika Birləşmiş Ştatlarının Buxarestdəki səfirliyi açıqlayıb.

Məlumata görə, Dövlət Departamenti bu alqı-satqıya icazə verib.

Qeyd olunan məbləğə AN/MPQ-65 radarı, iki M903 buraxılış qurğusu və bir komanda məntəqəsinin dəyəri daxildiri. Onlar 2024-cü ilin sentyabrında

Rumıniyanın Ukraynaya verdiyi oxşar sistemləri əvəz etməlidir.

Çatdırılma NATO üzv ölkələrinin qrantları hesabına maliyyələşdiriləcək.

ABŞ səfirliyi bildirir ki, "Patriot" sistemi Rumıniyanın Qara dəniz regionunda hava təhdidlərinə qarşı mübarizə imkanlarını artıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR