İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskın dövlət aparatındakı ixtisar qərarlarına yenidən baxır

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işini yüksək qiymətləndirdiyini, lakin onun bəzi qərarlarına yenidən baxdığını deyib.

Musavat.com xəbər verir ki, o, ABC News-a müsahibəsində bildirib ki, "hazırda yenidən baxdığı” şeylər var.

Tramp bununla belə, departamentin işini yüksək qiymətləndirərək, onun yüz milyardlarla dollara qənaət etdiyini bildirib. Onun sözlərinə görə, departament büdcənin azaldılması ilə üzləşən federal qurumlarda geniş yayılmış israfçılığı və saxtakarlıqlar aşkar edib, “insanlara heç bir səbəb olmadan milyardlarla dollar verilib”: "Biz çoxlu saxtakarlıq aşkar etdik. Biz buna son qoyduq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR