Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin “Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” adının verilməsi haqqında fərman imzalayıb.
Musavat.com Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bunu Putindən vilayət rəhbəri Volqoqrad vilayətinin veteranları adından “xahiş edib”.
Putinin şəhərdən ayrılmadan imzaladığı fərmanda qeyd olunur ki, “Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbəsini əbədiləşdirmək məqsədilə” Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” tarixi adının verilməsi qərarına gəlinib.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ