İnsanlara hürriyət, millətlərə istiqlal!

Şatdauna SAATLAR QALDI - Tramp bunu etməsə… - ŞOK

ABŞ Senatındakı demokratlar respublikaçıların federal hökumətin maliyyələşdirilməsini sentyabrın 30-da başa çatacaq cari maliyyə ilinin sonuna qədər uzatmaq təklifini dəstəkləməyə hazır olmadıqlarını bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə Virciniyadan olan senator Tim Keyn partiya yoldaşları ilə keçirdiyi qapalı görüşdən sonra məlumat verib. Onun sözlərinə görə, çərşənbə axşamı Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş layihə demokratların mövqeyi nəzərə alınmadan hazırlanıb. “Bu qanun layihəsinin tərtibatında demokratların heç bir rolu olmayıb. Biz müəyyən düzəlişlər edə bilmək üçün səsvermə hüququ tələb edirik. Hazırda onu qəbul etmək üçün kifayət qədər dəstək yoxdur”, – deyə, senator vurğulayıb.

Senatda demokratların lideri Çak Şumer də oxşar mövqe sərgiləyərək, respublikaçıların qanun layihəsini yekun səsverməyə çıxarmaq üçün yetərli dəstəyə malik olmadığını qeyd edib. Qanunun təsdiqlənməsi üçün Senatda 60 səs tələb olunur. Bu isə o deməkdir ki, respublikaçıların layihəni irəlilətməsi üçün ən azı səkkiz demokratın dəstəyini qazanması lazımdır.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən sənəd martın 14-ü saat 23:59-a (Bakı vaxtı ilə martın 15-i 07:59-a) qədər təsdiqlənməsə, hökumətin bağlanması (“şatdaun”) baş verəcək.

Bu hal federal idarələrin fəaliyyətinin müvəqqəti dayandırılmasına, yüz minlərlə dövlət qulluqçusunun maaşlarının gecikməsinə və bir çoxunun məcburi ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR