İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan CNN və “New York Times”a HÜCUM: “İrana dair saxta xəbər yayan jurnalistlər işdən çıxarılmalıdır!”

ABŞ prezidenti Donald Tramp ölkənin ən böyük media qurumlarına qarşı növbəti sərt hücumu ilə gündəmə gəlib. O, şəxsi “Truth Social” platformasında CNN və “The New York Times” media qurumlarının reportyorlarını İrana qarşı ABŞ-ın hücumu və Tehranın nüvə obyektlərinə dəymiş ziyan barədə “yalan və saxta məlumatlar yaymaqda” ittiham edib.

Musavat.com xəbər verir ki, Tramp bu jurnalistlərin dərhal işdən çıxarılmasını tələb edib.

“Bu qurumların reportyorları cəfəngiyyat yaymaqla məşğuldurlar. İranın nüvə infrastrukturu ilə bağlı xəbərləri tamamilə saxtadır və ictimaiyyəti çaşdırmağa xidmət edir. Belə jurnalistlər azad medianın yox, yalan maşınının hissəsidirlər”, - Tramp paylaşımında yazıb.

“Axios” nəşrinin yaydığı məlumata görə, Donald Trampın İranla bağlı son açıqlamaları İsrail kəşfiyyatında da rezonans doğurub. Nəşr yazır ki, İsrail kəşfiyyatından yüksək səviyyəli bir mənbə Trampın ABŞ kəşfiyyat qurumlarından daha real və dəqiq qiymətləndirmə verdiyini bildirib.

Mənbənin fikrincə, Trampın İrana qarşı apardığı qiymətləndirmə emosionallıqdan deyil, operativ kəşfiyyat materiallarına əsaslanır və bəzi hallarda ABŞ Müdafiə Nazirliyinin açıqlamalarından daha rasional görünür.

Qeyd edək ki, son həftələr İran və İsrail arasında baş verən toqquşmalar fonunda ABŞ da bu qarşıdurmada iştirak edir.

Hər kəsin bildiyinə görə, ABŞ və İsrail birgə əməliyyatlarla Fordo, Natanz və digər nüvə obyektlərinə zərbə endirib. Lakin bu zərbələrin real nəticələri barədə fərqli məlumatlar yayılır – bəzi media orqanları İranın nüvə proqramının ciddi ziyan gördüyünü yazsa da, Tramp və bəzi İsrail rəsmiləri bu iddiaları şübhə altına alır.

Hazırkı situasiyada ABŞ mediası və administrasiyası ilə Tramp arasındakı informasiyaya nəzarət savaşı daha da dərinləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR