İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Zirvəsində Ərdoğanla Makronun “gərgin” əl sıxması gündəm oldu

NATO-nun ali səviyyəli sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında diqqətçəkən an yaşanıb.

Musavat.com xəbər verir ki, tərəflərin salamlaşması zamanı Makron jestləri ilə güc nümayiş etdirməyə çalışsa da, Prezident Ərdoğan bircə hərəkətlə onun təşəbbüsünü neytrallaşdırıb.

Görüntülərdə açıq şəkildə görünür ki, Ərdoğan Makronu qısa, amma qəti bir jestlə öz mövqeyinə uyğunlaşdırır və fransız lideri fiziki olaraq azacıq çətin vəziyyətdə qalır.

Bu səhnə sosial şəbəkələrdə və media orqanlarında geniş müzakirələrə səbəb olub. Siyasi analitiklər bu jestin sadəcə fiziki hərəkət olmadığını, iki lider arasında illərdir davam edən diplomatik gərginliyin simvolik ifadəsi olduğunu bildirirlər.

Xatırladaq ki, Ankara ilə Paris arasında son illərdə Aralıq dənizi, Liviya, Suriya və NATO məsələləri üzrə mövqelər kəskin şəkildə fərqlənib. Bu isə liderlər arasındakı şəxsi münasibətlərə də təsirsiz ötüşmür.

@@TVmusavat/119605@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR