Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə hava zərbəsi endirib. Hücum nəticəsində “Hizbullah” qruplaşmasının hərbi qanadına daxil olan iki radikal silahlı zərərsizləşdirilib.
Musavat.com xəbər verir ki, məlumata əsasən, zərbə məhz həmin şəxslərin məhv edilməsi məqsədilə həyata keçirilib. İsrail ordusu hücumun uğurla başa çatdığını və hədəflərin dəqiqliklə vurulduğunu bildirib.
Qeyd edək ki, bölgədəki gərginlik son günlər daha da artıb və tərəflər arasında qarşılıqlı hücumlar davam edir.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ