Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərqdə vəziyyət sabitləşir və bu, region ölkələri ilə münasibətlərin inkişafına ümid verir.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, artıq İsrail və İran arasında birbaşa qarşıdurma təhlükəsi aradan qalxıb və bu məsələni keçmişdə qalan bir hal kimi dəyərləndirmək mümkündür.
Dövlət başçısı həmçinin Qərbin Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarına əl qoymaq cəhdlərini kəskin tənqid edib. Onun fikrincə, bu addımlar beynəlxalq maliyyə sisteminin parçalanmasına və regionallaşmasına səbəb olur ki, bu da ümumilikdə dünya iqtisadiyyatı üçün faydalı prosesdir.
Putin bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) uğurlu bir inteqrasiya nümunəsidir və ittifaq daxilindəki ticarət dövriyyəsi dünya liderləri səviyyəsindədir. Onun sözlərinə görə, Aİİ ölkələrində işsizlik səviyyəsi aşağıdır – ortalama 2,8%, Rusiyada isə bu göstərici 2,3% təşkil edir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biridir.
Bununla yanaşı, o qeyd edib ki, Qərbin siyasi mövqeyi və qərəzli yanaşması səbəbindən Rusiya ilə Dünya Bankı arasında dialoq çətinləşib.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ