İnsanlara hürriyət, millətlərə istiqlal!

"İndi saxta, pul qarşılığında ailə qururlar"

"Evimin, otaqlarımın hər yerinə kamera qoymuşam. İnsan güvəndə deyil. Əslində kamera da ziyandır. Amma nə edək".

Bu sözləri aktrisa Pərvin Abıyeva "İncə səhər" verilişində deyib. Sənətçi ailə qurmaq istəyindən danışıb:

"Ən çox ana olmaq istəyirəm. İnsanlar yanlış anlayır. Bəzən fikrimi düzgün ifadə edə bilmirəm. Hər dəfə deyəndə "ana olmaq istəyirəm" başqa cür anlaşılır. Uşaq üçün ailə qurub, ayrılmaq istəmirəm. Ailəni qorumaq çətindir. Əvvəl telefon, vatsap yox idi, ailə rahat idi. İndi qadınlar kişilərin başının ətini yeyir: haradasan, niyə cavab vermədin? Ona görə də əvvəl ailələr möhkəm idi. İndi saxta ailə quranlar var. Pul qarşılığı evlənib, boşanırlar. Uşaq üçün evlənib ayrılırlar. Bunların əleyhinəyəm. İstənilən qədər müasir görünə bilərəm. Amma belə yox. Dağılacaq ailə qurmaq istəmirəm". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR