İnsanlara hürriyət, millətlərə istiqlal!

Efirdə halı pisləşən Xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

Bir neçə gün öncə canlı yayımda səhhəti pisləşən Xalq artisti Mələkxanım Eyubova açıqlama yayıb.

Sənətçi sağlamlığı ilə bağlı yaşadığı problemdən yazıb:

“Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki, yaxşı olaram, məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən Muğam müsabiqəsinə qatıldım lakin müsabiqə başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda Xəzər rayonunun təcili yardımı gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər. Xəzər rayonunun icra başçısı Elşən müəllim və onun komandasına və təcili yardım əməkdaşlarına mənə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürümü bildirirəm. Mənim üçün narahat olan, maraqlanan hər kəsə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Muğam Müsabiqəsinin canlı yayımında M. Eyubova efiri tərk etməli olmuşdu. (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR