İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın əsas komandasında 5 yeni ad - Qurban Qurbanov onlara qapı açdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov gənclərə yol açmağa davam edir.

Ötən mövsümün gedişində Amin Rzayev və Hikmət Cəbrayılzadəyə şans tanıyan təcrübəli mütəxəssis bu dəfə 5 yeni simaya “yaşıl işıq” yandırıb.

Onun istəyi ilə əvəzedici heyətin üzvlərinə şengen vizası açılıb. Həmin oyunçular komandanın Avstriya toplanışına aparılacaq.

Ağdam klubu iyunun 18-də yeni mövsümün hazırlıqlarına start verib. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. “Köhlən atlar” iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” hotelində məskunlaşacaq. Hazırlıq çərçivəsində 3 oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR