Onlayn ictimai-siyasi qəzet
Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.
Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ