Onlayn ictimai-siyasi qəzet
“Qolkiperlik yarışına hazıram”.
Bu sözləri Türkiyənin “Adana Demirspor” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın məşqindən əvvəl mətbuat nümayəndələrinə açıqlamasında deyib.
29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini deyib:
“Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim”.
“Adana Demirspor”un bir parçası olduğu üçün fəxr etdiyini bildirən qolkiper Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevdiyini də vurğulayıb və hücumçulardan çəkinmədiyini deyib.
“Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Superliqanı yaxından izləyirdim”.
Türkiyə Superliqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşən Ş.Məhəmmədəliyev heç bir qapıçını özünə kumir saymadığını deyib.
“Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”la ikiillik müqavilə bağlayıb.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ