Onlayn ictimai-siyasi qəzet
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Sahil Babayev və Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil təminatı, əlillik, və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşlar müraciətlərinə əsasən aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı müvafiq mövzularda izahatlar verilib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ