Onlayn ictimai-siyasi qəzet
Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib.
Bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.
"Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb", - o bildirib.
Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.**APA
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ